Putin Qod Nisanovu mükafatlandırdı

 Putin Qod Nisanovu mükafatlandırdı
  12 Fevral 2021    Oxunub:2868
Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlarının verilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, Putinin fərmanı rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Rusiyadakı Azərbaycan diasporunun lideri Qod Nisanov Rjevsk Sovet Əsgərinə memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub.

Azvision.az



Teqlər: Putin  






Xəbər lenti