Şuşa qalası bərpa edilir
Azvision.az xəbər verir ki, bərpa prosesinə 22 mütəxəssis cəlb olunub. İlkin mərhələdə işlərin gələn ayın sonuna kimi yekunlaşacağı gözlənilir. Növbəti mərhələdə daha geniş bərpa prosesinə start veriləcək.
Şuşa qalası Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə olunub. Tarixi qalanın üç qapısı var.
Azvision.az