Britaniyada koronavirusa yoluxma sayı 4 milyonu ötdü

Britaniyada koronavirusa yoluxma sayı 4 milyonu ötdü
  13 Fevral 2021    Oxunub:1975
Böyük Britaniyada son sutka ərzində 15 144 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 013 799 nəfərə çatıb.

Ötən 24 saatda daha 758 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 116 287 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti