Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi

 Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi
  13 Fevral 2021    Oxunub:2281
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nigeriyalı dəniz quldurlarının girov götürdüyü dənizçilərin azad edilməsi münasibəti ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlunu təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə C.Bayramov özünün "Twitter" səhifəsində yazıb.

"Dəniz quldurlarının hücumuna məruz qalan və girov götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm", - deyə paylaşımda qeyd olunub.

Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti