Özbəkistan Latın qrafikasına keçir

Özbəkistan Latın qrafikasına keçir
  13 Fevral 2021    Oxunub:2114
Özbəkistan 2023-cü ilin yanvarın 1-dən tam olaraq Latın qrafikasına keçəcək.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan hökuməti qərar qəbul edib.

Qərara əsasən, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.

Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.

Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti