Laçında daha 3 erməni hərbçinin cəsədi tapıldı

 Laçında daha 3 erməni hərbçinin cəsədi tapıldı
  13 Fevral 2021    Oxunub:2093
Dağlıq Qarabağdakı son döyüşlərdə məhv edilmiş daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, qalıqlar Laçın rayonunda aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası keçiriləcək.
Məlumata görə, 2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1374 erməni hərbçinin meyiti aşkar edilərək götürülüb.

Bu gün axtarışlar Laçın və Hadrut istiqamətlərində aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ermənihərbçi  



Xəbər lenti