Melaniya Tramp təşkilat yaratdı

Melaniya Tramp təşkilat yaratdı
  13 Fevral 2021    Oxunub:1840
ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yeni təşkilat yaratdığını elan edib.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın “Twitter” hesabında bildirilib.

“Melaniya Tramp, “Melaniya Trampın ofisi”nin açılışını elan edir. Xəbərlər və yeniliklər üçün bizi bu hesabdan izləyin”, - paylaşımda deyilir.

Məlumata görə, “Melaniya Trampın ofisi” uşaqlara kömək məqsədi ilə yaradılıb. Təşkilatın qərargahı Florida ştatının Palm-Biç şəhərində yerləşəcək.

Xatırladaq ki, 20 yanvarda ABŞ-ın keçmiş prezidenti Donald Tramp və xanımı rəsmi olaraq Ağ Evi tərk ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MelaniyaTramp  



Xəbər lenti