İtaliyanın yeni baş naziri məlum oldu

 İtaliyanın yeni baş naziri məlum oldu
  13 Fevral 2021    Oxunub:1754
Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi İtaliyanın yeni hökumətinə rəhbərlik etməyə razılıq verib.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Kvirinal sarayının mətbuat xidməti Draqinin prezident Sercio Mattarella ilə görüşündən sonra bəyan edib.

Andiçmə mərasimi şənbə günü saat 12:00-da (Bakı vaxtı ilə 15:00) baş tutacaq.

İstefa verən Cüzeppe Kontenin kabinetindəki bir sıra nazirlər Draqinin yeni hökumətində postlarını saxlayacaqlar. Hökumətin tərkibini yeni baş nazir elan edib.

Bildirilir ki, xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri Luçano Lamorceze, səhiyyə naziri Roberto Speranza, mədəniyyət naziri Dario Françeskini, müdafiə naziri isə Lorenso Querini olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya  





Xəbər lenti