Rusiyada ölüm sayı artır: Bir gündə 502 nəfər

Rusiyada ölüm sayı artır:  Bir gündə 502 nəfər
  13 Fevral 2021    Oxunub:2140
Rusiyada son sutka ərzində koronavirusa 14 861 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 057 698 nəfərə çatıb.

Rusiyada bir gündə 502 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 79 696 nəfərdir. İndiyədək 3 577 907 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti