Somalidə parlamentinin qarşısında partlayış: Ölənlər var

Somalidə parlamentinin qarşısında partlayış:  Ölənlər var
  13 Fevral 2021    Oxunub:2186
Somalidə parlament binasının qarşısında güclü partlayış olub.
Azvision.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, partlayış prezident sarayına yaxın məsafədə törədilib.

Polis məmuru Abdullahi Adenin sözlərinə görə, hadisə yerli vaxtla səhər saat 9 radələrində paytaxt Moqadişoda "yaşıl zona" yaxınlığında baş verib. Bomba yüklü avtomobilin partladılması nəticəsində ölənlər var. Lakin, onların sayı dəqiq açıqlanmayıb.

Xatırladaq ki, bu, Somalinin paytaxtında son həftələrdə baş verən ikinci böyük partlayışdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: partlayış  



Xəbər lenti