Ermənistan müharibədə 6 mindən çox itki verib - Statistika
Bu statistikaya müharibə və koronavirusdan ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVID 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9170 ölümdən yerdə qalan 6347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar.
Qeyd olunan rəqəmlər onu deməyə imkan verir ki, Ermənistan rəhbərliyi müharibədə yalnız 2 min 425 nəfərin öldüyünü deməklə xalqı müharibə dövründə olduğu kimi yenə də aldatmaqda davam edir.
Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur. (Milli.az)
Azvision.az
Teqlər: Ermənistan Müharibə İtki







Vaxtında, Aydın, Lazımlı!


