Kiyevdən son xəbər: 10 polis ölüb, 20-si yaralanıb

Kiyevdən son xəbər: 10 polis ölüb, 20-si yaralanıb
  20 Fevral 2014    Oxunub:1138
Qarşıdurma nəticəsində 20-dən artıq polis xəsarət alıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ukraynanın paytaxtında silahlı toqquşmalar davam edir.

Naməlum şəxs Kiyev konservatoriyasının binasından polisə atəş açıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş nəticəsində 20-dən artıq polis əməkdaşı xəsarət alıb. Ümumilikdə son 3 gün ərzində Ukraynadakı aksiyalarda 10 hüquq mühafizə orqanı əməkdaşı öldürülüb.

Prezident Viktor Yanukoviç isə Ukrayna ordusunun baş qərargah rəisi vəzifəsinə keçmiş Hərbi Dəniz Qüvvələrinin komandiri Viktor İlyini təyin edib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti