Ermənistanda sabiq məmurla polis arasında dava düşdü

 Ermənistanda sabiq məmurla polis arasında dava düşdü
  13 Fevral 2021    Oxunub:2693
İrəvanın mərkəzindəki Azadlıq meydanında polislərlə Ermənistanın Kadastr Komitəsinin keçmiş rəhbəri Sarhat Petrosyan arasında dava olub.
Azvision.az xəbər verir ki, keçmiş məmur hadisənin videosunu “Facebook”da yayımlayıb.

"Bu gün azyaşlı qızlarımın yanında polisin hücumuna məruz qaldım. Bazar ertəsi günü rəsmi olaraq polisə müraciət edib, araşdırma aparılmasını tələb edəcəyəm", - deyə Petrosyan əlavə edib.

Şərhlərdə keçmiş kadastr müdiri, uşaqlarının meydanda yerləşən abidələrdən birinin postamentinə çıxmasını polisin ictimai asayişi pozması kimi qiymətləndirdiyini yazıb.

“Çox qəribə bir təsadüf nəticəsində Petrosyanın qayınatas, baş nazir vəzifəsinə müxalifət namizədi Vazgen Manukyan da dünən eyni meydanda bu postamentlərdən birində dayanmışdı. Lakin polis bunu pozuntu hesab etməyib”, - deyə məlumatda vurğulanıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: dava  





Xəbər lenti