İrəvan silkələndi, sakinlər küçələrə axışdı

İrəvan silkələndi, sakinlər küçələrə axışdı
  13 Fevral 2021    Oxunub:2833
Bu gün Ermənistanda 4.7 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, zəlzələnin ocağı 2 kilometr dərinlikdə, episentri İrəvandan 12 kilometr məsafədə yerləşib.

Yeraltı təkanlar saat 15:29 radələrində qeydə alınıb və bir neçə saniyə davam edib.

Zəlzələ yerli əhali arasında təşvişə səbəb olub. İrəvanın müxtəlif ərazilərində yerləşən çoxmərtəbəli binaların sakinləri küçələrə axışıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Zəlzələ  



Xəbər lenti