Sahibkarlar üçün onlayn seminar keçirilib

Sahibkarlar üçün onlayn seminar keçirilib
  13 Fevral 2021    Oxunub:2566
Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə sahibkarlar üçün onlayn seminar keçirilib.
Azvision.az komitəyə istinadən xəbər verir ki, seminarın açılışında çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə DGK arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib. O, koronavirus (COVID-19) pandemiyası dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. O, islahatların uğurla reallaşdırılması məqsədilə Komitənin ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atdığını qeyd edib, baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.

Daha sonra DGK-nın əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış edib.

Onlayn seminarda sahibkarlıq subtektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.


Azvision.az


Teqlər: Sahibkar   DGK  





Xəbər lenti