Yaponiyada güclü zəlzələ: 30 yaralı var - (YENİLƏNİB)

Yaponiyada güclü zəlzələ: 30 yaralı var -  (YENİLƏNİB)
  14 Fevral 2021    Oxunub:7022
Bu gün Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı daha 7 prefekturada hiss olunub.

Məlumata görə, Miyaqi və Fukuşima prefekturalarında azı 30 nəfər xəsarət alıb. Zəlzələdən sonra təxminən 950 min mənzil işıqsız qalıb. Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

***
(18:50)

Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Fukusima prefekturasının yaxınlığında yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Azvision.az


Teqlər: Yaponiya   Zəlzələ  



Xəbər lenti