Girovluqdan azad olunan dənizçilər səfirliyə gətirildi

Girovluqdan azad olunan dənizçilər səfirliyə gətirildi
  14 Fevral 2021    Oxunub:2033
Girovluqdan azad edilən “Mozart” gəmisinin 15 heyət üzvü Nigeriya təhlükəsizlik qüvvələrinin nəzarəti altında Türkiyənin Abujadakı səfirliyinə gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Abujadakı səfiri Melih Ulueren bildirib.

Diplomat dənizçilərin vəziyyətinin yaxşı olduğunu, ailələri ilə telefonla danışdıqlarını söyləyib. Onların yaxın günlərdə İstanbula gətirilməsi gözlənilir.

Xatırladaq ki, yanvarın 23-də “Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.

Azvision.az


Teqlər: Türkiyə   Gəmi   Dəniz  



Xəbər lenti