Lavrovla Con Kerri arasında telefon danışığı olub

Lavrovla Con Kerri arasında telefon danışığı olub
  14 Fevral 2021    Oxunub:2156
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Paris İqlim Sazişinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Lavrov ABŞ-ın yeni adminstrasiyasının Paris çoxtərəfli razılaşmasında iştiraka qayıtmaqla bağlı niyyətindən məmnunluğunu ifadə edib.

Bundan əlavə, bir sıra mövzulara dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Lavrov   Con-Kerri  





Xəbər lenti