Rusiyada mədən çökdü: 92 nəfər xilas edildi, ölən var

 Rusiyada mədən çökdü:    92 nəfər xilas edildi,    ölən var
  14 Fevral 2021    Oxunub:2754
Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində mədən çöküb.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 98 nəfər dağıntılar altında qalıb.

Əraziyə xilasedici briqadalar və texnikalar cəlb olunub. Xilasedicilər 92 nəfəri uçqun altından çıxarıb, beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü məlum olub.

İlkin ehtimala görə, hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Rusiya   Mədən  



Xəbər lenti