İlon Mask Putini “Clubhouse”da söhbətə çağırdı

İlon Mask Putini “Clubhouse”da söhbətə çağırdı
  14 Fevral 2021    Oxunub:2864
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, milyarder İlon Mask Rusiya Prezidenti Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində söhbət etməyə çağırıb.
İş adamı yazdığı tvitdə Kremlin rəsmi hesabını işarələyib: “...Clubhouse-da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”.

“Sizinlə danışmaq böyük şərəf olardı”, - Mask rus dilində əlavə edib.



Azvision.az


Teqlər: İlonMask   Putin  





Xəbər lenti