İrəvanda yenə zəlzələ oldu

 İrəvanda yenə zəlzələ oldu
  14 Fevral 2021    Oxunub:2806
Gecə saatlarında İrəvanın 13 km cənub-qərbində yenidən zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlar 3 bal gücündə qeydə alınıb.

Ermənistanda baş verən zəlzələ Qarabağın bir sıra yaşayış məntəqələrində də hiss olunub.

Xatırladaq ki, Ermənistanda şənbə günü 6-7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar paytaxt İrəvanda sakinlər arasında təşvişə səbəb olub, bəzi binalarda çatlar əmələ gəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Zəlzələ  





Xəbər lenti