Gürcüstanın koronavirus statistikası açıqlandı

Gürcüstanın koronavirus statistikası açıqlandı
  14 Fevral 2021    Oxunub:2531
Gürcüstanda son sutka ərzində koronavirusa 357 yeni yoluxma faktı qeydə alınıb, 9 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.

Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 265 557 yoluxma halı aşkarlanıb, 258 093 nəfər sağalıb.

İndiyədək koronavirusa yoluxanlardan 3352 nəfəri həyatını itirib.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  



Xəbər lenti