Rusiyada 14 mindən çox yeni yoluxma qeydə alındı

Rusiyada 14 mindən çox yeni yoluxma qeydə alındı
  14 Fevral 2021    Oxunub:1956
Rusiyada son sutka ərzində koronavirusa 14 185 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 071 883 nəfərə çatıb.

Rusiyada son sutkada 430 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 80 126 nəfərdir. İndiyə qədər 3 593 101 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   virus  





Xəbər lenti