Yaponiyada yenə güclü zəlzələ oldu

 Yaponiyada yenə güclü zəlzələ oldu
  14 Fevral 2021    Oxunub:2706
Yaponiyada yenidən 5,6 bal gücündə zəlzələ baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Fukusima prefekturasında qeydə alınıb.

Xatırladaq ki, Yaponiyada ötən gün baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 144 nəfər xəsarət alıb. Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.

Yaponiyanın Milli Meteorologiya İdarəsi həftə ərzində yenidən bir neçə dəfə zəlzələnin olacağı barədə sakinləri xəbərdar edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   Zəlzələ  



Xəbər lenti