İranda koronavirusdan ölənlərin sayı 60 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 60 minə çatır
  14 Fevral 2021    Oxunub:1870
İranda son sutka ərzində 7390 nəfər koronavirusa yoluxub, 62 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 milyon 518 min 263, ölənlərin sayı isə 58 min 945 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3709 xəstənin vəziyyəti ağır olaraq qalır. İranda indiyədək 1 milyon 298 min 23 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti