“Ermənistan humanitar fəlakətlə üz-üzədir” - Avetisyan

   “Ermənistan humanitar fəlakətlə üz-üzədir” -    Avetisyan
  14 Fevral 2021    Oxunub:4865
Ötən il Ermənistanda yoxsulluq səviyyəsi 30 faizə çatıb. Əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə azalıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan bildirib.
Sabiq məmur qeyd edib ki, Ermənistan əhalisinin sosial vəziyyəti getdikcə ağırlaşır. 2018-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 23,5 faiz, 2019-cu ildə 26,5 faiz olduğu halda, ötən il bu göstərici 29,8 faiz təşkil edib. Cari ildə rəqəmlər daha da böyüyəcək.

"Ermənistanın dövlət borcu 10 milyard ABŞ dollarına çatıb", - deyən Avetisyan vurğulayıb ki, ölkə artıq humanitar fəlakətlə üz-üzədir.

O, həmçinin deyib ki, baş nazir Nikol Paşinyan 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırmaqla xalqı aldadır, eyni zamanda vətəndaşları alçaldır.

Azvision.az


Teqlər: Ermənistan   Böhran  



Xəbər lenti