Spiker senatorları qorxaq adlandırdı

Spiker senatorları qorxaq adlandırdı
  15 Fevral 2021    Oxunub:2055
ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosi impiçment prosesində sabiq prezident Donald Trampı dəstəkləyən respublikaçı senatorları qorxaq adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Bu hadisə heç kimdə məsuliyyət hissi yaratmayacaq. Bizim ölkə üçün vacib olan bir məsələdə qorxaq senatorlar hadisəyə layiqincə qiymət verə bilmədilər”, - deyə spiker bildirib.

Qeyd edək ki, dünən ABŞ Senatında sabiq prezident Donald Trampın impiçmenti üzrə yekun səsvermə keçirilib. Senat impiçment prosesi çərçivəsində Trampa bəraət qazandırıb.

Belə ki, impiçmentin baş tutması üçün azı 67 senator bunun lehinə səs verməlidir. Lakin keçmiş prezidentin işi üzrə 57 senator impiçmentin lehinə, 43 senator isə əleyhinə səs verib. Bununla da demokratların Trampa ikinci dəfə impiçment elan etmə cəhdi uğursuz alınıb.

Xatırladaq ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.

Azvision.az


Teqlər: ABŞ   Spiker   Tramp  



Xəbər lenti