Britaniyada koronavirusdan ölüm sayı 117 mini ötdü

Britaniyada koronavirusdan ölüm sayı 117 mini ötdü
  15 Fevral 2021    Oxunub:1790
Böyük Britaniyada son sutka ərzində 10 972 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 038 078 nəfərə çatıb.

Ötən 24 saatda daha 258 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 117 166 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti