Çexiyada 2 həftəlik fövqəladə vəziyyət elan edildi

Çexiyada 2 həftəlik fövqəladə vəziyyət elan edildi
  15 Fevral 2021    Oxunub:1521
Çexiya hökuməti ağır epidemioloji vəziyyət səbəbindən ölkədə 14 gün müddətinə fövqəladə vəziyyət rejimi elan edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu qərar ölkə regionlarının rəhbərlərinin xahişi ilə qəbul edilib.

Çexiya parlamenti ötən həftə 1 səs çoxluğu ilə (49 lehinə, 48 əleyhinə -red) Nazirlər Kabinetinin 5 oktyabr 2020-ci ildən bəri qüvvədə olan fövqəladə vəziyyət rejiminin uzadılması tələbini rədd edib. Hökumət ölkə qanunvericiliyinin verdiyi imkandan istifadə edərək bölgələrdə koronavirus hallarının artmasından narahat olan regional liderlərin xahişi ilə yenidən fövqəladə vəziyyət rejim elan edib.

Fövqəladə vəziyyət fevral ayının sonunadək qüvvədə olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çexiya   Koronavirus  





Xəbər lenti