Ağ Evə girmək istəyən silahlı qadın ələ keçirildi

Ağ Evə girmək istəyən silahlı qadın ələ keçirildi
  15 Fevral 2021    Oxunub:2430
ABŞ polisi Ağ Evin yaxınlığında avtomobilində tapança olan qadını saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadla “Fox News” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, 66 yaşlı qadın məktub vermək üçün ABŞ Prezidenti Cozef Baydenin iqamətgahının ərazisinə girməyə çalışıb. Onu pnevmatik silahı olan bir kişi müşayiət edib.

Saxlanılan qadın artıq dövlətin yüksək vəzifəli şəxslərinin qorunması ilə məşğul olan ABŞ Məxfi Xidmətinə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti