Rusiyada “Britaniya ştammı”nı aşkarlayan ilk test sistemi hazırlandı

Rusiyada “Britaniya ştammı”nı aşkarlayan ilk test sistemi hazırlandı
  15 Fevral 2021    Oxunub:1624
Dünyada ilk dəfə olaraq Rusiyada koronavirusun “Britaniya ştammı”nı aşkar etmək üçün test sistemi hazırlanaraq qeydiyyata alınıb.

Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiyada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsinə Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) məlumat yayıb.
Qeyd edilib ki, təsdiq edilmiş mutasiya üzərində aparılan klinik nümunələr testlərin yüksək dəqiqliyini göstərib.

Koronavirusun Britaniya növü ilk dəfə ötən il Birləşmiş Krallıqda aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Britaniya  





Xəbər lenti