Hande Harmancı peyvənd olundu

Hande Harmancı peyvənd olundu
  15 Fevral 2021    Oxunub:2401
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirusa qarşı peyvənd olunub.
Azvision.az xəbər verir ki, H.Harmancı Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan keçib. Ona Çinin "Sinovac" şirkətinin istehsal etdiyi vaksin vurulub.

Qeyd edək ki, Azərbaycanda yanvarın 8-dən başlayaraq tibb işçilərinə peyvəndin birinci dozası vurulub. Bu gündən ikinci dozanın vurulmasına start verilib.

Azvision.az


Teqlər: HandeHarmancı  






Xəbər lenti