“Cənub Qaz Dəhlizi diplomatik nailiyyətdir” - ABŞ səfirliyi

 “Cənub Qaz Dəhlizi diplomatik nailiyyətdir” -  ABŞ səfirliyi
  15 Fevral 2021    Oxunub:1935
Keçən həftə Prezident İlham Əliyev, energetika nazirii Pərviz Şahbazov, Avropa İttifaqı və digər 15 ölkənin nümayəndələri ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak etməkdən çox məmnunuq.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, ABŞ-ı bu tədbirdə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin səlahiyyətlərini icra edən Kurt Donnelly və səfir Örl Litzenberqer təmsil ediblər.

“Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir. Bu layihəni vaxtında və 7 milyard dollardan az budcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq. Hal-hazırda biz Cənub Qaz Dəhlizi layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyirik. Təbrik edirik!”, - deyə açıqlamda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti