Peyvənd vurduran bəstəkar vətəndaşlara çağırış etdi
Bunu Azvision.az -a Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev COVID-19 əleyhinə peyvənd olunmasından danışarkən deyib. Bəstəkar özünü yaxşı hiss etdiyini, səhhətinin qaydasında olduğunu bildirib.
Ətrafımda oxumuş, ağıllı adamlar, alimlər var. Bəzən onlardan da kimsə "peyvənd etdirməyəcəm" deyəndə mən onun alimliyinə şübhə edirəm. ÜST elan edib və deyib ki, bu xəstəlikdən qurtulmağın ən yaxşı yolu peyvəndlənmədir. Çünki hələ onun dərmanı yoxdur. Peyvənd olunanda müəyyən müddət qorunmaq olur.
İnsanlar arasında peyvəndlənmənin niyə problem edildiyini başa düşmürəm. Özümüzü müasir insan hesab edirik, amma hərəkətlərimiz orta əsr möhvümat zamanının insanlarının hərəkətinə bənzəyir. Mənə inanları peyvəndə dəvət edirəm. Qarşımızda iki seçim var- birincisi virusdan ölmək ehtimalı, ikincisi peyvənd olunmaq. Mən şəxsən peyvənd olunandan 5 dəqiqə sonra gedib işlərimlə məşğul oldum. Özəlliklə Çinə məxsus vaksindən istifadə edən tanıdığım əksər insanlar heç bir problem yaşamayıb. Ən azından insanlar bunu anlasın ki, virus öldürər, ancaq peyvənd öldürməz”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: CavanşirQuliyev Bəstəkar