Rusiyada bir gündə yoluxma sayı 14 mindən çox artdı

Rusiyada bir gündə yoluxma sayı 14 mindən çox artdı
  15 Fevral 2021    Oxunub:2186
Rusiyada son sutka ərzində koronavirusa 14 207 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 086 090 nəfərə çatıb.

Rusiyada son sutkada 394 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 80 520 nəfərdir. İndiyə qədər 3 607 036 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti