Peyvənd olunan Röyanın vəziyyəti necədir? - AÇIQLAMA

 Peyvənd olunan Röyanın vəziyyəti necədir? -  AÇIQLAMA
  15 Fevral 2021    Oxunub:6799
“Röya xanımın səhhəti qaydasındadır, peyvənd ona mənfi təsir göstərməyib”.

Bu barədə Azvision.az -a Xalq artisti Röya Ayxanın mətbuat xidmətindən müğənninin peyvənd olunması ilə bağlı verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, Röya Ayxanın vaksinasiyası fevralın 4-də özəl klinikaların birində baş tutub. Xalq artistinə “Sinovac” vaksini tətbiq edilib:

“O, həmin tibb müəssisəsinin bir ilə yaxındır ki, işçisidir (PR menecer). Özünü hazırda çox yaxşı hiss edir və hər hansı bir əks təsiri olmayıb. Sənətçi instagram səhifəsində paylaşım edərək insanlara çağırış edib. Və hər kəsin bildiyi kimi ifaçının səhhəti qaydasındadır, peyvənd ona mənfi təsir göstərməyib. Bir çox insanlar vaksinin zərərli olmağı barədə söz-söhbətlər yaya bilər. Lakin bizim ölkədə bunu sübuta yetirəcək bir hadisə baş verməyib. Təlaşa səbəb olacaq bir şey yoxdur. Röya Ayxan Azərbaycan hökumətinə güvənir və peyvəndlənmə uğurla həyata keçirilir. İnanır ki, dünya bu virus bəlasından tez bir zamanda azad olacaq”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Röya   müğənni   peyvənd  






Xəbər lenti