Qırğızıstan prezidenti özünü təcrid etdi

Qırğızıstan prezidenti özünü təcrid etdi
  15 Fevral 2021    Oxunub:1631
Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfəri ərəfəsində özünü təcrid edib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Sadır Japarov Rusiyaya səfərə hazırlaşır. Səfər tezliklə baş tutacaq. İndi koronavirus pandemiyası ilə əlaqədar epidemioloji təhlükəsizliyə riayət etmək üçün özünü təcrid edib", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Japarov 24-25 fevral tarixlərində Rusiyaya səfər edəcək. Bu, onun prezident seçildikdən sonra ilk rəsmi səfəri olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qırğızıstan   Səfər  





Xəbər lenti