Aİ nümayəndəliyi yeni saytını təqdim edəcək

Aİ nümayəndəliyi yeni saytını təqdim edəcək
  15 Fevral 2021    Oxunub:1852
Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi fevralın 18-də “eu4Azerbaijan.eu” adlı yeni rəsmi saytı təqdim edəcək.
Azvision.az xəbər verir ki, Aİ nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın iştirakı ilə yeni sayt videokonfrans formatında təqdim olunacaq.

İstifadəçilər sayt vasitəsilə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yerli və regional layihələr, onlarla bağlı yeniliklər, kampaniyalar və s. barədə məlumatları asanlıqla əldə edə biləcəklər. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək sayta mütəmadi olaraq yeni məlumatlar əlavə ediləcək.

Tədbirdə, həmçinin Azərbaycanın çap, teleradio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair “Avropa İttifaqı Azərbaycan üçün” ("EU4Azerbaijan") adlı müsabiqə elan olunacaq.

Müsabiqənin əsas məqsədi Aİ ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən həyata keçirilən layihələr və onların ölkəyə təsiri barədə ictimai məlumatlandırmanı artırmaqdır.

Müsabiqənin iştirak qaydaları tədbir zamanı açıqlanacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  





Xəbər lenti