Sarkisyan İrəvanda müalicəsini davam etdirir

Sarkisyan İrəvanda müalicəsini davam etdirir
  15 Fevral 2021    Oxunub:1529
Koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan müalicəsini İrəvanda davam etdirir.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb. O, fevralın 13-də Ermənistanın paytaxtına qayıdıb.

Dekabr ayından bəri Britaniyada olan Sarkisyan yeni ili orda qeyd edib və ayağından əməliyyatı olunub. Lakin 5 yanvarda ona koronavirus diaqnozu qoyulub. Yanvarın 13-də xəstəxanaya yerləşdirilib. Sarkisyanın həyat yoldaşı Nune Sarkisyan da koronavirusa yoluxub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti