Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib
  15 Fevral 2021    Oxunub:1666
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, tədbirdə nazirliyin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bu ilin “Nizami Gəncəvi ili” elan olunmasını, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğunu vurğulayıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasətin mühüm tərkib hissəsidir. Məhz Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Azərbaycan Ordusunda dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.

Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin bədii heyətinin ifasında Nizami Gəncəvinin əsərlərinə yazılmış muğam və musiqili kompozisiyalar tədbir iştirakçılarına təqdim olunub.

Azvision.az



Teqlər: Nizami-Gəncəvi   MN  





Xəbər lenti