Müharibədən məğlub qayıdanlar İrəvanda aksiya keçirir

Müharibədən məğlub qayıdanlar İrəvanda aksiya keçirir
  15 Fevral 2021    Oxunub:3020
Qarabağdakı 44 günlük müharibənin onlarla iştirakçısı Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, onlar hələ hərbi biletlərini geri almadıqlarını və döyüş əməliyyatlarında iştirak faktının heç bir yerdə qeyd edilmədiyini söyləyiblər.
Vaqram Xaçatryan adlı erməni Eqvard hərbi komissarlığından 2 oktyabr - 18 noyabr arasında döyüşlərdə iştirak etmək üçün Dağlıq Qarabağa getdiyini söyləyib.

"Mən bütün bu vaxt ərzində Xocavənddə vuruşdum. Müharibənin bitməsindən üç ay keçib, amma hərbi biletimi qaytarmayıblar, müharibəyə qatıldığımı təsdiqləyən heç bir sənəd verməyiblər. Qanunla biz müharibədə iştiraka görə pul almalıyıq. Lakin hələ heç bir şey almamışıq”, - Xaçatryan bildirib.

Etirazçılar qeyd ediblər ki, müharibdə aldıqları ciddi xəsarətlərin aradan qaldırılması üçün dövlət tərəfindən heç bir yardım edilməyib, müalicəni öz vəsaitləri hesabına alırlar.

Başqa bir erməni döyüşçü isə bildirib ki, hərbi bileti ona qaytarılsa da, müharibədə iştirak etdiyi göstərilməyib: "Adlarımız heç bir yerdə qeydiyyata alınmayıb. Bütün bunlar üçün heç kim məsuliyyət daşımır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti