“Hazırda işdəyəm, heç bir narahatlıq yoxdur” - Hande Harmancı

 “Hazırda işdəyəm, heç bir narahatlıq yoxdur” -  Hande Harmancı
  15 Fevral 2021    Oxunub:2627
Bu gün Bakıda koronavirusa qarşı birinci doza peyvənd olunan Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı özünü yaxşı hiss etdiyini deyib.
Azvision.az xəbər verir ki, Harmancı peyvənd olunduqdan sonra işə getdiyini bildirib.

"Hazırda iş başındayam və özümü yaxşı hiss edirəm. Heç bir narahatlıq yoxdur".

ÜST rəsmisi qeyd edib ki, nə qədər çox sürətli şəkildə vaksinasiya olunarsa, pandemiya ilə mübarizədə bir o qədər nailiyyət əldə edilə bilər. O, eyni zamanda hər kəsi mümkün olduğu zaman vaksinasiya prosesinə dəvət edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Vaksin   Hande-Harmancı  






Xəbər lenti