Xocavənddə erməni iki nəfəri yaralayıb

Xocavənddə erməni iki nəfəri yaralayıb
  15 Fevral 2021    Oxunub:2484
Xocavənd şəhərində silahlı insident olub.
Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Məlumata görə, 14 fevral tarixində, saat 23.20 radələrində 24 yaşlı erməni Kalaşnikov avtomatından iaşə obyektinə atəş açıb. İnsident zamanı obyektin yanında olan 36 yaşlı Q. X. və 26 yaşlı M.A. müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb, şübhəli şəxs sui-qəsd və qanunsuz silah saxlama ittihamı ilə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: atışma  





Xəbər lenti