DİN narkotiklə bağlı sosial çarx hazırladı - VİDEO

DİN narkotiklə bağlı sosial çarx hazırladı -    VİDEO
  15 Fevral 2021    Oxunub:1430
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat xidməti narkotik vasitələrin insanların həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müasir dünyanı narahat edən əsas problemlərdən biri də narkomaniyadır

"Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə sonlanır. Bu səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu nümayiş etdirməlidir", - Mətbuat xidmətindən bildirilib.




Azvision.az



Teqlər: DİN  






Xəbər lenti