“Bundan sonra heç kim bizi sorğulaya bilməz” - Ərdoğan

 “Bundan sonra heç kim bizi sorğulaya bilməz” -  Ərdoğan
  15 Fevral 2021    Oxunub:2579
"İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən qətliamdan sonra artıq heç bir ölkə, quruluş, təşkilat və kimsə Türkiyənin İraqda və Suriyadakı əməliyyatlarını sorğulaya, tənqid edə, əks mövqe tuta bilməz.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bundan sonra hər kəsin önüdə iki yol var: ya Türkiyə ilə birgə olub, terrora qarşı “ammasız”, “lakinsiz” mübarizə aparacaqlar, ya bu əli qanlı terror təşkilatının hər cinayətinin ortağı olaraq, öncə vicdanlarında, sonra beynəlxalq platformalarda hesab verəcəklər", - Ərdoğan əlavə edib.

O bildirib ki, terror təşkilatının son üzvünü zərərsizləşdirənə qədər mübarizəni davam etdirəcəklər:

“İnşallah, o günlər yaxındır. İraq sərhədi boyunca terrorçuları sıxırıq. Terrorçuların olduqları dağlara artıq qar yağıb”.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İraq  



Xəbər lenti