ATƏT sədri Gürcüstana səfər edəcək

ATƏT sədri Gürcüstana səfər edəcək
  15 Fevral 2021    Oxunub:1852
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə o, “Tvitter” hesabında yazıb.

ATƏT-in mətbuat xidmətinin yaydığı məlumata görə, xanım sədr fevralın 16-da baş tutacaq səfər zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Qaxariya, xarici işlər naziri David Zalkaliani ilə görüşəcək.

Xatırladaq ki, bu il ATƏT-ə İsveç sədrlik edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AnnLinde  





Xəbər lenti