Türkiyədə genişmiqyaslı əməliyyat: 718 nəfər saxlanıldı

 Türkiyədə genişmiqyaslı əməliyyat:  718 nəfər saxlanıldı
  15 Fevral 2021    Oxunub:2066
Türkiyədə PKK terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyənin 40 əyalətində keçirilən əməliyyat zamanı 718 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) rəsmiləri də var. Məlumata görə, əməliyyat zamanı çox sayda sənəd, silah-sursat, rəqəmsal materiallar ələ keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: PKK  



Xəbər lenti