Ayvazyan Lavrovla danışıqlara gedir

Ayvazyan Lavrovla danışıqlara gedir
  15 Fevral 2021    Oxunub:2160
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Moskvaya işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ayvazyan Moskvada həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Məlumata görə, xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AraAyvazyan  



Xəbər lenti