Ermənistanda müharibə iştirakçıları etiraza qalxdı

 Ermənistanda müharibə iştirakçıları etiraza qalxdı
  16 Fevral 2021    Oxunub:2149
Ermənistanda müharibə iştirakçısı olmuş vətəndaşlar bu gün etiraz aksiyası keçiriblər.
Azvision.az xəbər verir ki, onlar hökumətin keçmiş döyüşçülərə laqeyd münasibətindən şikayətçidirlər.

Etiraz edənlərdən biri jurnalistlərlə söhbətində deyib: "Mənim hərbi biletimi müharibədən sonra boş geri qaytarıblar. Problem odur ki, müharibə iştirakçısı olmağım barədə heç bir sənəddə qeyd yoxdur. Bizi hərbi qeydiyyat komissiyasından Lusakertə, oradan Qarabağa aparmışdılar. İndi hərbi komissarlıq deyir ki, səni Lusakertə göndərmişdik, qalanına biz cavabdeh deyilik. Lusakertdən isə deyirlər ki, səni Qarabağa göndərdik, məsuliyyət onların üzərinə düşür. Hazırda adlarımız heç bir yerdə yoxdur, müharibə iştirakçısı olduğumuzu qeyd etmirlər. Müharibədə iştirak etdiyimizi qeyd etsinlər, başqa bir şey istəmirik".



Bu cür neqativ hal ilk dəfə deyil ki, Ermənistanda yaşanır. Müharibə bitəndən sonra mətbuata yüzlərlə şikayət daxil olmuşdu ki, bəzi döyüş iştirakçılarının hərbi biletlərində sürücü olduqları qeyd edilib. Sürücülər müharibə vaxtı aktiv döyüş iştirakçıları sayılmadıqları üçün bu da gələcəkdə belə kateqoriyadan olan keçmiş döyüşçülərin bəzi imtiyazlardan istifadə etməsini məhdudlaşdırır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti