Ötən ay Miqrasiya Xidmətinə 7208 müraciət daxil olub

Ötən ay Miqrasiya Xidmətinə 7208 müraciət daxil olub
  15 Fevral 2021    Oxunub:2054
Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ilin yanvar ayı üzrə statistik məlumatları açıqlayıb.
DMX-dən Azvision.az -a bildirilib ki, yanvar ayı ərzində Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7208 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Həmin dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 4125 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 372 qərar qəbul edilib.

Yanvar ayında DMX-nin “Çağrı mərkəzi”nə 8278 zəng daxil olub.

Azvision.az


Teqlər: DMX   Miqrasiya-Xidməti  





Xəbər lenti